KANAL24.AZ
Az Iw En Ru

Bu abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər!

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Kanal24-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi balı 100-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və TQDK tərəfindən Bakı İslam Universitetində təşkil edilmiş dini-psixoloji komissiyada qeydiyyatdan keçən abituriyentlər buraxılırlar.

Dini-Psixoloji Komissiya yenidən Bakı İslam Universitetində 15-17 avqust tarixlərində saat 09:00-dan 13:00-a kimi fəaliyyət göstərəcək.


21:15 15.08.2016