KANAL24.AZ
Az Iw En Ru

Bakıda Beynəlxalq Təhsil Sərgisi açılacaq

Oktyabrın 15-də Bakıda Beynəlxalq Təhsil Sərgisi açılacaq.


Kanal24.az Beynəlxalq Təhsil Sərgisinin “facebook” səhifəsinə istinadla xəbər verir ki, dünyanın ən qabaqcıl universitetlərinin iştirak edəcəyi sərgidə iştirakçılar ən nüfuzlu universitetlərinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər. “Fairmont Baku” otelində keçiriləcək sərgi 17 ölkədə fəaliyyət göstərən 200-dən çox universitetin rəsmi nümayəndəsi olan “IGEC” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.


Sərgi çərçivəsində təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitetlərlə bağlı verilən sualları cavablandıracaqlar. Sərgidə, həmçinin dünyada təcrübə proqramları haqqında məlumatların verilməsi də nəzərdə tutulub.


18:58 12.08.2016