KANAL24.AZ
Az Iw En Ru

Abituriyentlərin ixtisas seçimi bu gün başa çatacaq

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.


TQDK-dan Kanal24-ə bildiriblər ki, 10 avqust saat 11:30-a olan məlumata görə 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.
V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.
Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak 


19:14 10.08.2016