KANAL24.AZ
Az Iw En Ru

Daha iki ölkədən Qarabağa dəstək

Millət vəkili Qənirə Paşayeva Qazaxıstanın Dövlət katibi Gülşara Abdukalikova ilə görüşüb.

 

Millət vəkili Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın artmasının müsbət hadisə olduğunu vurğulayıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasındakı yüksək dostluq münasibətləri, onların rəhbərliyi altında iki ölkə arasında görülən önəmli layihələrdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın da genişlənməsindən söz açıb.

 

Dövlət katibi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Qazaxıstanın bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını deyib.

 

Bundan əlavə, Q.Paşayeva, Jalə Əliyeva və Fuad Muradov Hindistanın xarici işlər nazirinin müavini Sijata Mehta ilə görüşüblər. Görüş zamanı Hindistanla əməkdaşlığın genişlənməsi ilə bağlı müzakirələr aparılıb.

 

Millət vəkilləri xanım Sijata Mehtaya Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilməməsi ilə bağlı da geniş məlumatlar veriblər. Onlar Hindistanın Dağlıq Qarabağ probleminə münasibətdə ədalətli mövqe tutacağına inandıqlarını bildiriblər.

 
 

17:46 01.08.2016