KANAL24.AZ
Az Iw En Ru

Ağdamda su problemi həll edildi - Yeni artezian istifadəyə verildi - VİDEO

14 ildir ki, Ağdamda Quzanlı ərazisində məcburi köçkünlər üçün salınan Yüzevlər qəsəbəsində yaşayan sakinlər susuzluqdan əziyyət çəkirdilər. Bu günlərdə isə Yeni Yurd Sosial İnkişaf İctimai birliyinin layihəsi çərçivəsində qəsəbə ərazisində artezian quyusu qazılaraq istifadəyə verilib. Bununla da sakinlərin probleminə son qoyulub.

Kanal24 ATV.az istinadən xəbər verir ki,125 metr dərinlikdən çıxarılan su qəsəbə sakinlərinə həyətyanı sahələri suvarmağa da imkan verəcək. Yeni Yurd Sosial İnkişaf İctimai birliyi  tərəfindən ərazidə Milli Qəhraman Şirin Mirzəyevin adını daşıyan bulaq da tikilərək istifadəyə verilib.

İctimai Birliyinin sədri Mahirə Əsədovanın sözlərinə görə, bu tipli layihələr bundan sonra da davam etdiriləcək. 


05:08 17.06.2016
Xəbər lenti
Bütün xəbərlər