KANAL24.AZ
Az Iw En Ru

Azərbaycana gələn turistlər "Tax free"dən yararlana biləcək

Vergilər Nazirliyi Azərbaycana səfər edənlər üçün "Tax free" imkanını yaradıb.

 

Nazirlikdən verilən məlumata görə, bununla, Azərbaycana səfər edən xarici turistlər büdcələrinə qənaət edə və alış-veriş zamanı "Tax free" imkanlarından istifadə edərək ödədiyi məbləğin bir hissəsini geri ala biləcəklər.

Qeyd edək ki, "Tax free" xarici vətəndaşlar tərəfindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir. Bu imkandan istifadə etmək üçün xüsusi "Tax free" stikerləri olan ticarət obyektindən alış-veriş etmək lazımdır. "Tax free" stikerləri olan mağazalarda turistlər aldığı mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edən zaman hava limanında geri ala biləcək.

Azərbaycan vətəndaşları, Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilərə və vətəndaşlığı olmayanlar, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər və yaşı 14-dən aşağı olanlar "Tax free" imkanından yararlana bilməz./APA/


18:22 17.06.2016