KANAL24.AZ
Az Iw En Ru

"Formula 1" qonaqları milli stendlərimizlə tanış olublar (FOTO)

Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-pri yarışlarını izləməyə gələn xarici turistlər "Formula 1" şəhərciyində quruaşdırılmış Azərbaycanın milli stendləri ilə tanış olublar.

 

Qeyd edək ki, sabah Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start veriləcək.

Hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.


01:43 17.06.2016
Xəbər lenti
Bütün xəbərlər