KANAL24.AZ
Az Iw En Ru

Məşhur aktrisa xoşməramlı səfir seçilib

Amerikalı aktrisa, "Oskar" mükafatının sahibi Enn Heteuey BMT-in gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə xoşməramlı səfiri seçilib. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Aktrisa bildirib ki, gender bərabərliyinə nail olmaqda kömək etmək imkanından xoşhallanır. "Artıq müəyyən irəliləyiş əldə olunub, ancaq vaxt gəlib çatıb ki, biz kollektiv şəklində öz səylərimizi aktivləşdirək və əsl bərabərliyin nail olasını təmin edək", deyə aktrisa bildirib.


14:33 16.06.2016