Kanal24.az xəbər verir ki, "Yeni Yurd" Sosial İnkişaf İctimai birliyinin sədri Mahirə xanım Əsədovanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olublar.
Nümayəndə heyyəti ötən gün Amasyada təşkil olunan bayram şənliyində iştirak ediblər.
Çıxış edənlər Azərbaycanın son vaxtlar beynəlxalq və regional səviyyədə qazandığı uğurlardan söz açıblar.
"Yeni Yurd" təşkilatının sədri M.Əsədova rəhbərlik etdiyi təşkilatın son illər ərzində həyata keçirdiyi layihələrdən danışıb.
Görüşdə təşkilatın maliyyə dəstəyilə çəkilmiş "Torpaq, uğrunda ölən varsa,Vətəndir!" adlı sənədli filmi nümayış olunub.