KANAL24.AZ
Az Iw En Ru

Şair Anar Həbiboğlu vəfat edib

Şair Anar Həbiboğlu 43 yaşında vəfat edib.

 

Məlumata görə, mərhum bu gün doğulub boya-başa çatdığı Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub.

 

Qeyd edək ki, A. Həbiboğlu 1973-cü ildə anadan olub. Bədii yaradıcılığa yeniyetmə ikən həvəs göstərib. Şeirləri “Azərbaycan”, “Ulduz”, “Söz”, “Şəfəq”, “Məşəl” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, bir çox almanaxlarda dərc olunub. İki şeir kitabı çapdan çıxıb. A. Həbiboğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü olub./apa/


23:12 22.05.2016
Xəbər lenti
Bütün xəbərlər