KANAL24.AZ
Az Iw En Ru

"Mənim Qəhrəmanım" - FOTOLAR

Kanal24.az xəbər verir ki, mayın 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı və Nail Naiboğlunun rejissorlugu ilə ərsəyə gələn "Mənim Qəhrəmanım" adlı sosial çarxın təqdimat mərasimi keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Daha sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

"Mənim Qəhrəmanım" adlı sosial çarxın təqdimat mərasimində "Yeni Yurd" Sosial İnkişaf İctima Birliyinin sədri Mahirə xanım Əsədova, şəhid ailələrinin üzvləri, akademiklər, ziyalılar, QHT nümayəndələri iştirak ediblər.

Sonra "Mənim Qəhrəmanım" adlı sosial çarx nümayiş etdirildi. Sosial çarx aprelin 3-ü və 4-də düşmənə sarsıdıcı zərbələr vuraraq şəhid olan igidlərimizə həsr edilib. Filmin əsas qəhrəmanı isə Mahirə xanım Əsədovanın oğlu Nurəlidir. O digər uşaqlardan fərqli olaraq öz qəhrəmanını vətən uğrunda şəhid olan pilotumuzu seçir. Sosial çarxda vətənpərvərlik hissinin aşılanması isə təqdirəlayiqdir.

Sosial çarxın nümayişi zamanı tədbir iştirakşıları göz yaşlarına hakim ola bilməyiblər. Vətən oğullarımızın şücaətini əks etdirən görüntüləri qürurla izləyiblər.

 

Tədbirdə çıxış edən  "Yeni Yurd" Sosial İnkişaf İctima Birliyinin sədri Mahirə xanım Əsədova hər kəsə öz təşəkkürünü bildirib. Təşkilat sədri bildirib ki, vətən uğrunda canlarından keçənlərin xatirəsi daima əzizdir, ürəklərdədir. O da qeyd olunub ki, Yeni Yurd təşkilatı hər zaman vətənpərliklə bağlı tədbirlər keçirir. Və bu tip tədbirlərdə gənclərdə vətənpərvərvərlik hissinin aşılanmasına xidmət edir.

Təqdimat mərasimində "Yeni Yurd" təşkilatının dövlətçilik istiqamətində gördüyü işlərdən, xeyriyyə tədbirlərindən söz açılıb.

 

Daha sonra tədbirdə şəhid ailələrinin üzvləri çıxış ediblər. Onlar bildiriblər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən oğullarımız yenədə doğulacaq. Əsas odur ki, işğal edilmiş torpaqlarımız düşməndən azad edilsin.

 

"Mənim Qəhrəmanım" adlı sosial çarxın təqdimat mərasimində ölkəmizin tanınmış müğənniləri vətənpərvərlik mövzusunda mahnılar səsləndiriblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

 


05:31 20.05.2016