KANAL24.AZ
Az Iw En Ru

Elmar Məmmədyarov ISAF-ın iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-də Brüsseldə keçiriləcək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (ISAF) iştirak edən ölkələrin xarici işlər nazirlərinin iclasına qatılacaq.

Kanal24.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

E.Məmmədyarov, həmçinin "Şərq tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak edəcək.


00:05 19.05.2016
Xəbər lenti
Bütün xəbərlər