KANAL24.AZ
Az Iw En Ru

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir

Federika Mogerini prezidentlərin görüşünü təsdiqlədi

"Azərbaycan və Ermənistan prezidentləri bu axşam görüşəcəklər." ANS PRESS-in məlumatına görə, bunu Avropa  İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini öz “Twitter” səhifəsində yazıb.

Öz tvitində Mogerini hazırda Liviya üzrə danışıqların keçirildiyini, axşam Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün, sabah isə Suriyaya Beynəlxalq dəstək qrupunun iclasının keçiriləcəyi haqda məlumat verib.

Eyni zamanda Ermənistanın İctimai Televiziyasının Vyanaya ezam olunan müxbirinin məlumatına görə, prezidentlərin görüşü hələ də dəqiqləşdirilməyib. 

O deyib ki, prezidentlərin bir araya gəlməsi ABŞ-ın dövlət katibi Con Kerri və Avropa  İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin Ermənistan prezidenti Serj Sarkisyanla  görüşünün nəticəsindən asılıdır. Artıq Sarkisyan, Mogerini və Kerri görüşünün olacağı təsdiqlənib.

15:34 / Sarkisyan Vyanaya gedib

Ermənistan Prezidenti Serj Sarkisyan Vyanaya rəsmi səfərə gedib. ANS PRESS-in məlumatına görə, Sarkisyan burada ATƏT-in Minsk qrupunun təşkil etdiyi bir neçə işgüzar görüşdə iştirak edəcək. 

Bu gün Vyanaya həmçinin İlham Əliyevin də səfəri gözlənilir. Burada Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşməlidir. 

Ermənistan prezidenti Serj Sarkisyanın Vyanada görüntülənən xidməti avtomobili
Ermənistan prezidenti Serj Sarkisyanın Vyanada görüntülənən xidməti avtomobili


22:37 16.05.2016