KANAL24.AZ
Az Iw En Ru

AMEA-da direktor seçkiləri keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrində direktor seçkiləri keçiriləcək.

Akademiyadan verilən məlumata görə, AMEA Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunacaq.

Seçkilərin tarixi hələ müəyyənləşdirilməyib. Seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.


17:35 21.04.2016