KANAL24.AZ
Az Iw En Ru

Mikayıl Cabbarov: Ali məktəb məzunlarının orta hesabla 42 faizi iş tapa bilir

Hazırda ali məktəbi bitirən məzunların orta hesabla 42 faizi ali təhsilini başa vurduqdan sonra əmək bazarında iş əldə edir.

Kanal24-ün məlumatına götə, bunu təhsil naziri Mikayıl Cabbarov Xəzər Avropa Klubunun üzvləri ilə görüşündə deyib.

Nazir qeyd edib ki, bu rəqəm öz biznesinə başlayan sahibkarlara aid deyil: "Amma elə ali məktəblər var ki, bu rəqəm daha yüksək, elə ali məktəblər var ki, daha aşağıdır. Bu, həm əmək bazarına hazırlığın keyfiyyətindən, həm də iqtisadiyyatdan, iş yerlərinin sayından asılıdır. Həm ehtiyaclara dair sifarişi, həm də bilik səviyyəsinə dair məlumatı daha keyfiyyətli şəkildə alsaq, təhsil sistemimiz daha keyfiyyətli sifarişə cavab vermək iqtidarında olacaq. Ən böyük çağırışımız ondan ibarətdir ki, təhsil sistemi qısa yox, orta və uzun müddətlərə əsaslanan nəticələr əldə etsin".


23:29 20.04.2016