KANAL24.AZ
Az Iw En Ru

Məktəb direktorlarının işə qəbulu imtahanı başlayıb

Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı test imtahanı mərhələsinə başlanılıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə - imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir. Hər namizədə 120 dəqiqə vaxt verilir. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 30 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub.

Esse yazmaq üçün də proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompyuter vasitəsilə qeyd edə bilirlər. İnformasiya-kommunikasiya texnologiyaları bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılır. İmtahanlar üç gün (bazar günü də daxil olmaqla) davam edəcək.

İmtahanın nəticələri aprelin 18-də məlum olacaq.


05:35 17.04.2016
Xəbər lenti
Bütün xəbərlər