KANAL24.AZ
Az Iw En Ru

İbtidai sinif müəllimlərinin nəticələri zəifdir - Nazirlik

Azərbaycanın 12 bölgəsi üzrə 25 989 müəllimdən 25693 nəfəri (98,86%) diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin aparıcı məsləhətçisi Sevinc Ağayeva nazirliyin jurnalistlər üçün keçirdiyi təlimdə çıxışı zamanı deyib ki, 25693 nəfərdən 28-i 100% nəticə göstərib. 100%-lik nəticə göstərənlərin 12-si Sumqayıt şəhər müəllimidir.

S. Ağayeva əlavə edib ki, 262 nəfər 10 faizdən aşağı nəticə göstərib və nəticədə diaqnostik qiymətləndirmədən keçməmiş hesab olunub: “İmtahanlarda ən yaşı nəticəni İngilis dili və coğrafiya müəllimləri göstərib. Riyaziyyat müəllimlərinin nəticələri orta, ibtidai sinif müəllimlərinin nəticələri isə zəif olub. İmtahanlarda ən böyük problem isə metodika və bölmə üzrə olub. 30 nəfər imtahanlarda qaydaları pozduğu üçün imtahanlardan kənarlaşdırılıb”.

(APA)


18:40 14.04.2016