KANAL24.AZ
Az Iw En Ru

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına sədr təyin edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məleykə Abbaszadənin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilsin".


01:25 13.04.2016