Aprelin 3-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə istifadə olunan sual kitabçaları tqdk.gov.az saytında “Online sınaq imtahanı” səhifəsində yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, abituriyentlər səhifəsinə daxil olmaqla online rejimdə sınaq imtahanında iştirak edə bilərlər.