KANAL24.AZ
Az Iw En Ru

Aprelin 3-də keçirilən sınaq imtahanının nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də keçirilən sınaq imtahanının nəticələrini elan edib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, hər bir abituriyent bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48.123 abituriyentdən 2.566-sı imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün üç abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 45.550 abituriyentin imtahan nəticələri yerləşdirilib.


03:03 07.04.2016
Xəbər lenti
Bütün xəbərlər