KANAL24.AZ
Az Iw En Ru

Nəqliyyat Nazirliyinin səlahiyyəti azaldılıb

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədlə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 9.34-1-ci bəndi ləğv edilib.

Həmin bəndə əsasən, indiyədək avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına Nəqliyyat Nazirliyi nəzarət edirdi, ancaq fərmanla bu səlahiyyət nazirlikdən alınıb. 


02:44 07.04.2016
Xəbər lenti
Bütün xəbərlər