KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev 3 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

 Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 286; 2006, № 11, maddə 945; 2007, № 6, maddə 601; 2008, № 8, maddə 719, № 11, maddələr 969, 970; 2009, № 2, maddə 64, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014 №10, maddə 1186, № 12, maddə 1578) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 9.34-1-ci bəndi ləğv edilsin.

 

Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

 Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779) aşağıdakı dəyişikliklər edilsin:

 1.1. 2.2-ci bənddən “və 59-cu” sözləri çıxarılsın;

 1.2. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

 “2.4. həmin Qanunun 59-cu maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi nəzərdə tutulur.”.

 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə vergi ödənilməsi qaydalarının təkmilləşdirilməsi, habelə həmin qaydaların pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi ilə əlaqədar təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

 "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanını “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1369-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 678 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 835 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 1. Yeddinci abzasa “bəndində” sözündən sonra “və 11-ci maddəsinin V hissəsinin 8-ci bəndində” sözləri əlavə edilsin.

 2. Onuncu abzasda “və 10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində” sözləri “,10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində və 11-ci maddəsinin IV hissəsinin 1-ci bəndində” sözləri ilə əvəz edilsin", - fərmanda qeyd edilir.


02:30 07.04.2016
Xəbər lenti
Bütün xəbərlər