KANAL24.AZ
Az Iw En Ru

"Biz sülh istəyirik amma..." - Şeyx patriarxa olanları danışdı

Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə patriarx Bartolomeosla görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt açıqlamalar verib.

Xristian din xadimini son günlər baş verənlərlə bağlı məlumatlandıran Paşazadə, Azərbaycanın 20 ildən artıq bir dövrdə işğala məruz qaldığını xatırladıb. Ölkəmizin tolerant və sülhsevər bir dövlət olduğunu qeyd edən Paşazadə, bütün bunlara baxmayaraq, Azərbaycanın işğal faktıyla barışmadığını və torpaqları uğrunda mübarizəyə davam edəcəklərini bildirib. Görüş sonrası jurnalistlərə açıqlama verən bütün Qafqazın şeyxi münaqişə ilə bağlı Azərbaycanın mövqeyini bir daha xatırladıb.


21:52 06.04.2016
Xəbər lenti
Bütün xəbərlər