KANAL24.AZ
Az Iw En Ru

Saakaşvilidən Azərbaycana növbəti dəstək

Odessanın qubernatoru Mixail Saakaşvili Azərbaycana növbəti dəfə dəstək nümayiş etdirib.

Saakaşvili prezident olduğu dövrdə Azərbaycana etdiyi səfəri yenidən gündəmə gətirib. O, sosial şəbəkədəki rəsmi səhifəsində 2012-ci ildə Milli Məclisdə etdiyi çxışı paylaşıb. Eks-prezident paylaşımına “Bir kərə yüksələn bayraq bir daha enməz”-, şərhini Azərbaycan dilində yazıb.

Qeyd edək ki, Saakaşvili Bakıdakı çıxışında Azərbaycanın bütün uğurlarına sevindiyini və daim bu ölkənin yanında olacağını bildirmişdi:

“Bakıya hər dəfə gələndə bu şəhərin necə dəyişdiyinin şahidi oluram. Azərbaycan yüksək sürətlə inkişaf edən və dünya miqyasında ciddi fiqur olan bir ölkəyə çevrilib. Sizin tərəfdaşınız və dostunuz kimi Gürcüstan bu uğura yalnız sevinə bilər”.

Həmin çıxışı təqdim edirik: 

Saakaşvilidən Azərbaycana növbəti dəstək

 


19:23 06.04.2016