KANAL24.AZ
Az Iw En Ru

"Xankəndi boşaldılır"

Rusiyalı jurnalist Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb.

Rusiyalı jurnalist Andrey Borodul ermənilərin nəzarətində olan Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb. ANS PRESS-in məlumatına görə, Andrey “Kommersant” qəzetinin müxbirinin suallarını cavablandırıb.

"Mən könülüləri daşıyan avtobusları görmüşəm".
Jurnalist bildirib ki, Xankəndi şəhərindən Hadrut qəsəbəsinə tərəf gedir. “Hazırda Qarabağın cənubundayam. Azərbaycan Müdafiə Nazirliyi şəhərə zərbələr endiriləcəyi haqda xəbərdarlıq etməsinə baxmayaraq, Xankəndində gecə və səhər saatlarında sakitlik müşahidə olunub. İndi demək olar ki, Qarabağın üçdə bir hissəsini keçmişik, cənub istiqamətində gedirik. Yollar tamamilə boşdur. Heç bir istiqamətdə, mülki nəqliyyat vasitəsi hərəkət etmir. Eyni zamanda heç bir hərbi maşın kalonu, hərbçilərin daşınmasınması müşahidə olunmur”,-deyə jurnalist bildirib.

Jurnalist qondarma respublikanın orduya könülüləri cəlb etdiyini təsdiqləyib.O ,  qondarma rejimin müdafiə nazirliyinə istinadla bildirib ki,   könülülər müraciət etdikdə, onları da orduya yazırlar.

Andrey Borodul özünün də könülülərin avtobusunu gördüyünü deyib. "Mən də könülüləri daşıyan avtobusları görmüşəm.  Boş avtobuslar gedir və Qarabağa "yeni əsgərlər" gətirirlər", -  Andrey Borodul bildirib. 

Ötən gün Ermənistan ordusunun könülüləri toplaması ilə bağlı görüntülər də yayılıb. Videolardan da göründüyü kimi orduya çağırılan könülülərin yaşları çox (40 -60 yaş arası) yüksəkdir. 

 

Cəbhə xəttində aprelin 2-i gecə saatlarından vəziyyət gərginləşib. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb.

Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb. "Lələ təpə" adlandırılan yüksəklik, Talış və Seysulan əraziləri Azərbaycanın nəzarətinə keçib. 


23:28 05.04.2016