KANAL24.AZ
Az Iw En Ru

"Qiyamətə qədər Azərbaycanın yanındayıq"

Türkiyədən dünyaya dərs.

 

"Bütün dünya bilsin ki, qiyamətə qədər Azərbaycanın yanındayıq". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

O, son bir neçə gündə Dağlıq Qarabağda - cəbhə xəttində Ermənistanın hücumlarını diqqətlə izlədiklərini və lənətlədiklərini deyib. "Azərbaycanın haqlı davasında dəstəyimizi bu gündən sonra da davam etdirəcəyik. Can Azərbaycanın işğal altındakı bütün torpaqları azad edilənə qədər biz də 78 milyon olaraq Azərbaycanın yanında olacağıq. Can Azərbaycanın itirdiyi hər şəhid bizimdir. Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın hücumları qarşısında Azərbaycan ilə çiyin-çiyinə dayanmağa davam edəcək". 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cəbhədə baş verənlərdən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Ərdoğan cəbhə xəttində baş verən hadisə barədə məlumat alıb, həmkarına Azərbaycan əsgərinin şəhid olması ilə bağlı başsağlığı verib. 

 


23:00 05.04.2016
Xəbər lenti
Bütün xəbərlər