Nizami Kino Mərkəzi gün ərzində repertuarda olan bütün komediya və əyləncə janrında olan filmlərin nümayişini dayandırıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, bu addımın atılması Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə əlaqədardır.