KANAL24.AZ
Az Iw En Ru

Moskvada “Nika” mükafatı təqdim olunub

Moskvanın “Russkaya pesnya” teatrında “Nika” kino mükafatının 29-cu təqdimat mərasim keçirilib. Mükafatın təsisçisi və bədii rəhbəri məşhur rejissor Yuli Qusmandır.

Təqdimat mərasimini Rusiya Kinematoqafiya Sənəti Akademiyasının prezidenti Andrey Konçalovski və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy açıblar.

“Ən yaxşı film” nominasiyasında Aleksandr Mindadzenin “Mehriban Hans, əziz Pyotr” filmi qalib gəlib. Aktyorlar Danila Kozlovski və Aleksandr Yatsenko ən yaxşı kişi roluna görə mükafatlandırılıblar. Rejissor Stanislav Qovoruxin “Gözəl dövrün sonu” filminə görə “Nika”ya layiq görülüb.

Aktrisalar İrina Kupçenko və İnna Çurikova “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olublar.

Mərhum rejissor Eldar Ryazanovun adını daşıyacaq “Şərəf və ləyaqət” mükafatı SSRİ Xalq Artisti Alisa Frendlixə təqdim edilib.

Baş mükafata layiq görülən “Mehriban Hans, əziz Pyotr” filmi Böyük Vətən müharibəsi ərəfəsində SSRİ-yə işləməyə gəlmiş alman mühəndislərindən bəhs edir. Film Rusiya, Almaniya, Ukrayna və Böyük Britaniyanın birgə istehsalıdır.


23:04 02.04.2016
Xəbər lenti
Bütün xəbərlər