KANAL24.AZ
Az Iw En Ru

Minskdə Azərbaycanın mədəni-məişət əşyaları nümayiş etdiriləcək

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, aprelin 2-də Belarusun paytaxtında “Böyük mədəniyyət dünyasına” beynəlmiləlçi gənclər layihəsinin təqdimatı olacaq.

Gənclərdə mədəniyyətlərarası qarşılıqlı fəaliyyət və tolerantlıq vərdişlərinin formalaşmasına yönələn layihənin həyata keçirilməsi milli qrupların etnomədəni spesifikasına dözümlü münasibətin inkişafına, əlaqələrin qurulmasına və səmərəli əməkdaşlıq formalaşmasına kömək edəcək.

Layihədə Belarus Dövlət Tibb Universitetində və Minskin digər ali məktəblərində təhsil alan əcnəbi vətəndaşlar iştirak edəcəklər. Proqramda Azərbaycan, Venesuela, Qana, İraq, İran, Qazaxıstan, Çin, Fələstin, Suriya, Türkmənistan və Ekvadorun mədəni-məişət əşyalarının sərgisi nəzərdə tutulub.

Tədbirdə Belarusda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, o cümlədən Azərbaycan səfirliyinin əməkdaşlarının iştirakı gözlənilir.


20:38 02.04.2016
Xəbər lenti
Bütün xəbərlər