KANAL24.AZ
Az Iw En Ru

Kiyevdə tanınmış türk rəssamının əsərləri nümayiş etdiriləcək

Aprelin 1-dən 14-dək Kiyevin “Triptix” qalereyasında türkiyəli rəssam Canan Berberin əsərlərindən ibarət “Sevimli qadın” adlı sərgi keçiriləcək.

Rəssamın əsərlərində mədəni müxtəlifliyin çoxsaylı rəmzləri kodlaşdırılıb: rəqs edən sufi dərvişlərin siluetləri, bərli-bəzəkli xett gəlinləri, nar, balıqlar, quşlar və kəpənəklər, kilsə və məscid binalarının yanaşı olduğu şəhər siluetləri. BMT-nin Uşaq Fondu (UNICEF) 2015-ci ildə təbrik açıqcaları kimi C.Berberin əsərlərindən istifadə edib.

Canan Berber 1967-ci ildə Türkiyənin Merzifon şəhərində anadan olub. O, İzmirdə Eqey Universitetinin mühəndislik fakültəsinin toxuculuq texnologiyaları bölməsini bitirib. Sonra Londonda “City Lit” İnstitutunda incəsənət və dizaynı öyrənib.

C.Berber “Artisterik Creating Club” Mədəniyyət Mərkəzinin yaradıcısı, çoxsaylı bədii layihələrin müəllifidir. Rəssamın əsərləri dünyanın bir çox ölkələrində nümayiş etdirilib.


02:32 01.04.2016
Xəbər lenti
Bütün xəbərlər