KANAL24.AZ
Az Iw En Ru

Milli İncəsənət Muzeyində Xalq Rəssamının sərgisi açılacaq

Aprelin 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Rəssamı Cahangir Rüstəmovun anadan olmasının 90 illiyi münasibətilə fərdi sərgisi açılacaq.

Muzeyin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə açılacaq sərgidə rəssamın "Yaşıl çay plantasiyası", "Bakı", "İslam memarlıq abidəsi", "Sahil", "Qəhrəman sələfimiz", "Kür mənzərəsi", "Torpağın oyanması" və digər tabloları nümayiş olunacaq.

Qeyd edək ki, ömrünün 50 ilindən çoxunu Azərbaycanın təsviri sənətinin inkişafına və təbliğinə həsr etmiş Cahangir Rüstəmovun yaradıcılığı rəngkarlığın bir çox janrına həsr edilib. C.Rüstəmovun yaratdığı tarixi mövzularda da çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzulu kompozisiyalar, həmçinin də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna əyani sübutdur. Bütün bu janrlarda rəssam özünə, realistik sənətə sadiq qalıb. Onun rəngarəng əsərləri nəinki respublikamızda, həm də ölkəmizin hüdudlarndan kənarda yüksək dəyərləndirilib. Əsərləri Rusiya, Türkiyə, Livan, İran, Bolqarıstan, Macarıstan, Suriya, Rumıniya və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdirilib. Onun əsərləri bir çox muzeylərin, qalereyaların fondlarında saxlanılır.

Cahangir Rüstəmov 2007-ci ildə vəfat edib.


19:27 29.03.2016