KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd" əsgərlərə bayram sovqatı payladı

Kanal24 xəbər verir ki, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyi  və "Xocalı Soyqrımını " Tanıtma təşkilatı Ağcəbədi rayonunda yerləşən "N" saylı hərbi hissədə olublar.

"Novruz" bayramını ön xətdə əsgərlərlə birlikdə qeyd edən təşkilat sədri Mahirə Əsədova əsgərləri salamlarayaraq onları bayram münasibəti ilə təbrik edib.

Mahirə xanım çıxışında bildirib ki, Azərbaycan Ordusu günü-gündən güclənir və bu ordu "Dağlıq Qarabağ"ı düşməndən azad etməyə hər an qadirdir.

Təşkilat sədri həmçinin qeyd edib ki, torpaqlarımız tezliklə Ali Baş komandan, prezident İlham Əliyevin əmri ilə düşməndən azad  olunacaq və Azərbaycan bayrağı işğal olunmuş torpaqlarımızda dalğalanacaq.

Daha sonra "Xocalı Soyqrımını" Tanıtma İctimai Birliyinin sədri Şamil Sabir oğlu çıxış edərək Azərbaycan Ordusunun şəxsi heyətini salamlayıb və əsgərlərə bayram təbrikini çatdırıb.

Bayram tədbirdə çıxış edən digər şəxslər də əsgərlərə öz təbriklərini çatdırıblar.

Tədbirdə həmçinin tanınmış müğənni Samir Salam çıxış edərək, vətənpərvərlik mövzusunda müxtəlif mahnılar səsləndirib.  

Sonra bayram tonqalı yandırılıb və tonqal ətrafında müxtəlif rəqslər edilib.

Tədbirin sonunda hərbi xidmətdə fərqlənən əsgərlərə "Yeni Yurd" təşkilatı tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. 6 nəfər isə ezamiyyətə buraxılıb. 


02:49 20.03.2016