KANAL24.AZ
Az Iw En Ru

Jurnalist Pərviz Həşimli azadlıqda

   Jurnalist Pərviz Həşimli azadlığa buraxılıb.

   Prezidentin bu gün imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər, "siyasi məhbuslar" və eləcə də jurnalist Pərviz Həşimli azadlığa buraxılıb. 

   Xəbər ilə bağlı Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə ilə əlaqə saxladıq. Kanal24.az-a açıqlama verən redaktor sevincli olduqlarını, bu əfvin gözlənilən olduğunu qeyd etdi.

   Qeyd edək ki, sərəncam ümumilikdə 148 nəfərə şamil edilib.


21:43 17.03.2016