KANAL24.AZ
Az Iw En Ru

"Royal Bank of Scotland" əməkdaşlarını robot-məsləhətçilərlə əvəz edəcək

Böyük Britaniyanın ikinci ən böyük bankı "Royal Bank of Scotland" (RBS) 550-ə yaxın əməkdaşını ixtisar edərək onları robot-məsləhətçilərlə əvəz etməyi planlaşdırır.

Kanal24.az psm7.com saytına istinadla xəbər verir ki, bəzi müştərilər yeni investisiya onlayn-platforma vasitəsilə ödəmə həyata keçirəcək. Buraya investisiyalarının məbləği ən azı 250 min funt (təxminən 360 min dollar) təşkil edən müştərilər aiddir. Yaxın gələcəkdə bankda 500 min funt sərmayə qoymaq istəyən müştərilər üçün onlayn-platforma da yaradılacaq.

RBS səhmlərinin 72,9 faizi dövlətə məxsusdur.


02:42 15.03.2016