KANAL24.AZ
Az Iw En Ru

“Günəşli”də yeni platforma istifadəyə verildi

Mərasimə SOCAR prezidenti də qatılıb.

Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin milli sektorunda yerləşən “Günəşli” yatağında yeni platforma istifadəyə verib. Bu gün Dövlət Neft Şirkətinə məxsus “Günəşli” yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülü istismara verilib.

Kanal24.az xəbər verir ki, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər. 

Özülə baxış keçirən SOCAR prezidentinə məlumat verilib ki, istismara buraxılan bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə şirkət tərəfindən həyata keçirilmiş ilk və ən dərin dəniz özülüdür.

 


22:00 14.03.2016
Xəbər lenti
Bütün xəbərlər