KANAL24.AZ
Az Iw En Ru

İran neft hasilatının dondurulmasına dair şərtini açıqlayıb

   İran neft hasilatının dondurulmasına dair məsələdə digər dövlətlər ilə ölkədə hasilat səviyyəsi gündəlik 4 milyon barelə çatdıqdan sonra birləşə bilər.

   Bu barədə bazar günü İranın neft naziri Bijan Zanqane məlumat verib.

   "Neft hasilatı gündəlik 4 milyon barelə çatmayıncayadək bizimlə bu istiqamətdə (hasilatın dondurulması məsələsində - red.) işləməyinə dəyməz, yalnız ondan sonra biz onlarla birləşməyə başlayacağıq", — deyə nazir qeyd edib.


19:12 13.03.2016