KANAL24.AZ
Az Iw En Ru

"Azəriqaz" əməkdaşları 64 mindən çox mənzilə texniki baxış keçirib

“Azəriqaz” İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən 2016-cı ilin fevral ayında 64 181 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.

Kanal24.az SOCAR-ın saytına istinadən məlumat verir ki, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.


05:45 11.03.2016
Xəbər lenti
Bütün xəbərlər