KANAL24.AZ
Az Iw En Ru

Muzey nadir etnoqrafik tor çarşab əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi nadir etnoqrafik tor çarşab əldə edib.

Muzeydən Kanal24.az-a bildiriblər ki, çarşab ipəkdən olub və dəzgahda toxunulub, üzərində pambıq sapla rombvarı naxışlı zolaqlar salınıb.

Mütəxəssislərin fikrincə, çarşab XX əsrin əvvəllərinə aiddir, Qubanın Xınalıq kəndində istifadə edilib.


05:32 11.03.2016
Xəbər lenti
Bütün xəbərlər