KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan neftinin qiyməti - 41 dolları keçdi

   Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,88 dollar yaxud 2,17% bahalaşıb.

   Kanal24.az  report-a istinadən xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 41,45 dollara bərabərdir.

   Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

   Dünya bazarında isə WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 2,79 dollar artaraq 38,29 dollar/barel təşkil edib. "Brent" markalı neft isə 1,42 dollar bahalaşaraq 41,07 dollar/barelə bərabər olub.


18:46 10.03.2016