KANAL24.AZ
Az Iw En Ru

Mülki Məcəlləyə dəyişikliklər təsdiq edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, məcəllənin 986-3.2.2-ci maddəsində “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz edilir.

Bundan başqa, 1048-2.4-cü maddədə “qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının və Mərkəzi Bankın normativ hüquqi” sözləri “maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli” sözləri ilə əvəz edilir.


04:20 10.03.2016