KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Kambocanın Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına sülh və rifah arzulayıram”.


05:27 09.11.2014
Xəbər lenti
Bütün xəbərlər