KANAL24.AZ
Az Iw En Ru

Aygündən qalmaqallı açıqlama - “Gedək o biri otağa…”

Ötən gün xalq artisti Aygün Kazımova “5/5” verilişinin qonağı olub.

Kanal24-ün məlumatına görə, verilişin aparıcısı Zaur Kamal xalq artistinə sürpriz hazırlayıb.

Aparıcı Aygün Kazımovadan Namiqlə duet oxuduğu “Bağlanıram” mahnısını gözüyumulu oxumağı xahiş edib.

Bu zaman xalq artistinin eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov mahnını ifa etməyə başlayıb.

Xalq artisti gözlərini açarkən gördüklərindən təəccüblənib və Namiqə çox bənzədiyini deyib:

“Adam da adama belə oxşayar? Qaşları, saçı və saqqalı necə də oxşayır. Gedək indi o birisi otaqda deyim, tam oxşayırsan, yoxsa yox…”

Aygünün bu sözləri aparıcı və tamaşaçılar tərəfindən gülüşlə qarşılanıb.


18:01 09.03.2016