KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı dizaynerin kolleksiyası Parisdəki məşhur “New Couture” sərgisində nümayiş olunub

Parisin 1-ci rayonunda, Vendome meydanındakı “Westin” otelinin Napoleon zalında “New Couture” 2016-2017 payız-qış kolleksiyasının sərgisi təşkil olunub.

Sərgidə dünyanın, eləcə də Qafqaz ölkələrinin tanınmış dizaynerlərinin kolleksiyaları nümayiş etdirilib.

Azərbaycan sərgidə tanınmış dizayner Fidan Ələkbərlinin “Fee Dan” brendi ilə təmsil olunub.

Fee Dan brendinin kolleksiyasında Azərbaycan ornamentli və naxışlı lüks kokteyl və axşam geyimləri nümayiş olunur. Fee Dan kolleksiyasında ilk dəfə həndəsi dizaynlı xəz palto nümayiş etdirilib.

Kolleksiyasında milli ornament və naxışlara üstünlük verən azərbaycanlı dizayner geyimlərində əsasən yaşıl, bənövşəyi və açıq qəhvəyi rənglərdən istifadə edib.


02:47 09.03.2016