KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın görkəmli kinorejissoru dünyasını dəyişib

Bu gün Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar İncəsənət Xadimi Fikrət Əliyev dünyasını dəyişib.

Rejissorluğa "Baladadaşın ilk məhəbbəti" filmi ilə başlayan F.Əliyev "Qızıl uçurum", "Yuxu", "Axırıncı dayanacaq" kimi Azərbaycan kinosunda xüsusi yer tutan filmlərin quruluşçu rejissoru olmuşdur.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Trend-ə verilən məlumata görə, mərhum bugün saat 13:00-da Əhmədli qəsəbəsi, Gəncə prospektindəki evindən (Xəzər univermağının yanı) son mənzilə yola salınacaq.


17:40 08.03.2016