KANAL24.AZ
Az Iw En Ru

Napoleon Bonapartın şəxsi əşyaları hərraca çıxarılıb

   Milyarder Kristofer Forbs şəxsi kolleksiyasında olan Napoleon Bonapartın əşyalarını hərraca çıxarıb.

   Hərracın ilk iki günündə Napoleona aid 1000-dən artıq sənəd, məktublar, 500 ədəd şəkil satılıb.

   40-dan artıq əşyanı muzeylər alıb. Napoleon Bonaparta məxsus olan şlyapa isə 1,8 milyon avroya satılıb.

   Qeyd edək ki, Forbs ailəsi Britaniyanın ən məşhur və zəngin sülaləsi sayılır. Forbs sülaləsinə məxsus olan malikanələrin əksəriyyəti sənət əsərlərinin qorunub saxlandığı məkanlar kimi fəaliyyət göstərir. 


05:06 08.03.2016
Xəbər lenti
Bütün xəbərlər