KANAL24.AZ
Az Iw En Ru

Bakıda Azərbaycan-İran işgüzar görüşü keçirilib

   Fevralın 25-də Bakıda İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran işgüzar görüşü keçirilib.

   50-dən çox Azərbaycan və İran iş adamının iştirak etdiyi görüşdə iqtisadiyyat nazirinin müavini Sahil Babayev iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb.

   Nazir müavini qeyd edib ki, İranın Azərbaycana yatırdığı investisiya 1,2 milyard ABŞ dolları ətrafındadır. Bunun 150 milyon dolları qeyri-neft sektoruna yatırılıb. Ümumi potensialı nəzərə aldıqda daha geniş nəticələr əldə edə bilərik.

   Görüş çərçivəsində sənayenin müxtəlif istiqamətləri üzrə, o cümlədən kənd təsərrüfatı sahəsində real layihələr müzakirə olunub.


21:28 25.02.2016