KANAL24.AZ
Az Iw En Ru

Əfqan qız 12-ci mərtəbədən yıxılıb öldü - BAKIDA

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

  Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

  Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.   Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.


17:22 25.02.2016
Xəbər lenti
Bütün xəbərlər