KANAL24.AZ
Az Iw En Ru

Rusiya Suriyada xəstəxananı bombalayıb, 9 dinc sakin ölüb, 23-ü yaralanıb

   Rusiyanın döyüş təyyarələrinin Suriyada müxalifətin nəzarəti altında olan xəstəxananı bombalaması nəticəsində 9 dinc sakin həyatını itirib, 23 nəfər isə yaralanıb.

   Kanal24.az "Report"-a istinadən xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

   Rusiya təyyarələri fevralın 24-də günortadan sonra Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsindəki Cılvəgözü sərhəd məntəqəsindən 35 km aralı Suriyanın Hələb əyalətinin əl-Eterip qəsəbəsindəki sağlamlıq mərkəzini bombalayıb.

   Sakinlər bombalanmış binanın altında qalan yaralı və ölüləri çıxarıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. 


04:17 25.02.2016
Xəbər lenti
Bütün xəbərlər