KANAL24.AZ
Az Iw En Ru

Gənc Tamaşaçılar Teatrında Milli Teatr Günü qeyd olunacaq

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında martın 10-da Milli Teatr Gününə həsr olunmuş tədbir keçiriləcək.

   Teatrın aktyorları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək tədbirdə 143 yaşlı Azərbaycan Milli Teatrı haqqında məruzələr dinləniləcək.

   Çıxışlardan sonra dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

   Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.

   Tamaşada rolları Əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Elnur Kərimov və başqaları ifa edəcəklər.


22:09 24.02.2016