Ukraynada dolların məzənnəsində dəyişiklik olub.
Ukrayna Milli Bankı (UMB) tərəfindən Amerika dollarının 24 fevrala olan dəyəri 27, 2339 qrivna səviyyəsində müəyyən olunub. Bu, hələ ki, 2016-cı ilin ən aşağı göstəricisidir.
Qeyd edək ki, UMB sonuncu dəfə ən aşağı göstəricini 2015-ci il fevralın 26-da təyin edib. O vaxt 1 dollar 30, 01 qrivna olub.